- 1 dəfə rüb ərzində yaxşı reklam kampaniyasını icra etmək daha effektivdir nəinki ilboyu, hər sezon aktual olan 4 ortabab reklam kampaniyası.
- 1 yaxşı reklam kreativi 4 ortabab postdan yaxşıdır.
- 1 övladı istədiyin kimi böyüdüb-başa çatdırmaq 4 təlim-tərbiyəsi yerində olmayan, qeyri-sağlam uşağı dünyaya gətirməkdən yaxşıdır.
- 1 dəfə diqqətlə düşünülmüş əməkdaşlığa dəvət təklifi yazmaq 4 adi, copy-paste edilərək hər kəsə göndərilən sıradan cold sales məktubundan daha çox gəlir gətirir.
- 1 dəfə toyda heydən düşənə kimi şıdırğı rəqs etmək daha yaxşıdır nəinki 4 ayrı toyda qol qaldırıb tərəkəmə oynamaq.
- 1 dəfə kinoteatrda popkornla, böyük ekranda seyr etdiyin film daha çox yadda qalır nəinki evdə televizorda baxdığın film.
- 1 dəfə restoranda zövq alacağın şam yeməyi daha yaddaqalandır nəinki 4 dəfə delivery ilə sifariş edəcəyin yemək.
Ona görə də, əgər bir işi görürsünüzsə, onu cani-dildən, tam həvəslə, yaxşı şəkildə edin. Qiymətə baxmayın, sərf etdiyiniz resursa baxmayın, amma işi yaxşı, daha doğrusu əla şəkildə etməyə çalışın.
