fbpx

Haqqımda

Mən, Tural Kərimov 1988-ci ildə Bakıda anadan olmuşam.
Uşaqlığım ağır keçib, velosipedim olmayıb, Sony PlayStation oynamamışam. İlk şəxsi kompüterimi yalnız 4-cü kursda oxuyanda əldə etmişəm, o vaxta kimi günlərimi internet-klublarda, kitabxanalarda və çayxanalarda keçirmişəm.

İqtisadiyyat sahəsində bakalavr və magistr təhsili almışam.

Frilanser, fərdi sahibkar, Azərbaycanın ən böyük reklam holdinqində,  Azerfon, SR şirkətlər qrupu, PashaPay-də,  texnoloji  layihələrdə müxtəlif vəzifələrdə (əsasən rəqəmsal marketinqlə bağlı) işləmişəm. Hazırda isə həm öz layihələrim üzərində çalışır, həm də konsultant kimi müxtəlif layihələrə xidmət göstərirəm. .

Tural KərimovMaraq sahələrim çox genişdir və buna görə də vaxtımı düzgün bölməkdə çətinik çəkirəm. İşimlə bağlı maraqlandığım sahələr:

  • marketinq
  • start-up, elektron kommersiya, internet-biznes
  • kontent-marketinq, media
  • İT-nin biznesdə tətbiqi
  • iqtisadiyyat

İşdənkənar:

  • geopolitika
  • müasir nəsr
  • şahmat və digər stolüstü oyunlar
  • psixologiya və s.

Mənimlə əlaqə saxlamaq üçün Facebookda yaxud Linkedində yaza, habelə e-maillə əlaqə saxlaya bilərsiniz.