fbpx

İdeal taksi sürücüsü

#istiyirəmki, Bakıda ən yaxşı, reytinqi həmişə 5.0 olan taksi sürücüsü olum. Kart olsun, ya nağd, heç fərq etməsin mənə. Onsuz da qazandığımı qazanıram. Sərnişin girən kimi əvvəlcə ünvanı həmişə dəqiqləşdirim. “Koroğlu metrosuna gedirik, xanım?” sualını verim. Çünki...

Dyadya Rafik yaxud sonluğu olmayan hekayə

90-cı illərdə arvadı Qalina və 9 yaşlı oğlu ilə küsüşən, 8 ildir ki, əyninə yeni paltar almasa da, həmişə paltarı ütülü və səliqəli olan, hər həftə rus kanallarında Solovyovun verilişinə baxan Rafiq dayı (çox vaxt onu ”dyadya Rafik” çağırırdılar) adəti üzrə yenə 5-ci...

90 yaşlı təqaüdçüyə mükafat verilməsi əhvalatı

Şəhər telefonu zəng çalanda Gülzar xala təəccübləndi. Axır vaxtlar hamı mobil telefonla yığırdı: divandan durmaq, sonra da dəstəyi götürmək bu 90 yaşlı qoca qadın üçün heç də asan məsələ deyildi. -Gülzar İbrahimova? Gülzar xala, icra hakimiyyətindən yığırıq sizə....

HR-menecer olmaq istəyirəm

İstiyirəm ki, ölkədə böyük şirkətlərin birində işəqəbul şöbəsində HR-menecer olum. Adım Gülnarə olsa da, ofisdə çoxları mənə Gülya xanım desin. Əslində vəzifəmin adı “işəqəbul şöbəsinin meneceri” getsin, necə deyərlər rekrutyor. Amma hamı məni elə “Eyç-ar Gülya” kimi...

Bağ mövsümü yaxud Narminanın arzuları

#İndihardasa göbəyiaçıq, nazik bretelkalı mayka geymiş, günəşli havada kətan şalvarının altından geydiyi tumanı görünən, iş günlərində günorta Caspian Plaza tərəfdəki kofe-şoplarda vaxt keçirməyi xoşlayan, 4 yaşlı uşağını tək böyüdən 31 yaşlı Narmina evdəkilərlə...

Dilarənin həyatının dəyişməsi

Doğulanda hamının “bu nə toppuş baladı belə” dediyi, məktəbdə qızların arasında ən çirkin olan, 4-cü sinifdən etibarən evdə toyuqların başını kəsmək işini boynuna götürən, 7-ci sinifdən qurbanlıq qoyun kəsiləndə atasına kömək edən, sinfin oğlanlarının qol güləşində...