fbpx

#İndihardasa göbəyiaçıq, nazik bretelkalı mayka geymiş, günəşli havada kətan şalvarının altından geydiyi tumanı görünən, iş günlərində günorta Caspian Plaza tərəfdəki kofe-şoplarda vaxt keçirməyi xoşlayan, 4 yaşlı uşağını tək böyüdən 31 yaşlı Narmina evdəkilərlə atasının Novxanıda 90-larda aldığı bağlarına getmək üçün rükzakına şey-şüylərini yığır.
Onu bağa getməyə həvəsləndirən nə dənizdə çimmək, nə qumda uzanmaq, nə istidən qaçmaqdır. Dərinə getsək, axşamlar daş nəlbəkidə içilən samovar çayı, günortadan sərin suya qoyulmuş qarpızla kilosu 18 manata qoyun pendirini təndir çörəyilə yemək də deyil. Dadı 80 qəpiklik Bakı plombirlərindən fərqlənməyən, amma həmişə 3.5 manata aldığı rossiyski dondurma da deyil. Heç mamasının dünəndən hazırlayıb xaladenikə qoyduğu reyhan kompotu da deyil.
Onu həvəsləndirən odur ki, qonşuluqdakı bağ evində yaşayan Rafael yenə axşam onlara gələr, atasıyla domino oynayar. Əvvəllər şəhərdəki kondisionerli sərin havadan çıxıb bağ evlərindəki bürküyə getməyi istəməyən Narmina bu ilin iyun ayından həftəsonlarını səbirsizliklə gözləyir. Evlənməmiş, amma yaxşı imkanı olan, qara oçkisini gözündən çox vaxt çıxartmayan Rafaeldən xoşu gələn Narmina sonra fikirləşdi ki, na vsyakiy sluçay bir az abırlı paltar da götürsün. Qoy Rafael onu çox raspuşennıy qız kimi tanımasın. Namina istəyir ki, axşam dominoda atasıgillə o da oynasın, kaş Rafaellə para olsun, arada tez-tez baxışsınlar.
Elə bu vaxt anası Solmaz xala mətbəxdən çağırır ki, a bala, duznan qarğıdalı yaddan çıxıb, yolda marketdə salxmaq yadından çıxmasın.