fbpx

Son günlərdə rebrendinq mövzusu aktual olduğu üçün ölkəmizdə ən uğurlu rebrendinq nümunələrini sıralayacam.

Əvvəla qeyd edim ki, rebrendinq sadəcə yeni loqo və ya yeni sloqan deyil. Rebrendinq daha böyük anlamdır, o şirkətin ümumi hədəflərinin,strategiyasının dəyişməsini, yeni ruh gətirməsini özündə ehtiva edir.

Restaylinqin rebrendinqdən fərqi odur ki, o daha  yüngül, daha kiçikmiqyaslı dəyişikliyi göstərir:

  • Rebranding – bir evdən o biri evə köçmə, yaayış yerini dəyişmə
  • Restyling – evin içində kosmetik təmir aparmaq (divar kağızlarını dəyişmək, kafeli yeniləmək və s.)

Azərbaycanda rebrendinqdən ən çox 90-lardan qalma, köhnə, dədə-baba qaydasıyla idarə olunan şirkətlərin sonradan müasirləşməsi zamanı istifadə olunub. Məsələn,

  • Mikromaliyələşdirmə – AccessBank
  • Azərdəmiryol – Dəmir Bank
  • Azerneqliyyat – Expressbank
  • BUSBank – KapitalBank
  • İqtisad Universiteti – UNEC
  • Holcim sement

Bir çox hallarda hətta cavan qurumlar belə rebrendinqə ehtiyacı olur. Məsələn, İTV, daha doğrusu, İctimai Televiziya və Radio Yayımları Şirkətinə yeni direktor Balaş Qasımov gələndən sonra telekanal daha müasir, daha baxımlı olmaq üçün uğurlu rebrendinq etdi. Bu, sadəcə yeni loqo, yeni aydentika (brand identity) ilə məhdudlaşmayıb; kanalada proqramlar, kontent, şirkətdaxili proseslərin dəyişməsi və s. də əhəmiyyətli dərəcədə dəyişib.

Mobil operatorların hamısının rebrendinqi yaddaqalan olub. Amma Nar Mobile tərəfindən (sonradan Nar oldu) 2015-ci ildəki rebrendinq miqyasına görə ölkədə ən böyüyü sayıla bilər. 2018-ci ildə restaylinq oldu (Nar daxilində biz ona “refreshment” deyirik).