fbpx

Azərbaycanda marketinq sahəsinin nə dərəcədə qeyri-peşəkar olduğu barədə çox deyilib, çox yazılıb. Mən də başa düşürəm ki, bu tez bir zamanda düzələn bir şey deyil.

Amma ölkənin ən böyük banklarından birində, özü də güclü marketinq və digital komandası olan bir bankın son reklam bannerini görəndən sonra dayana bilmirəm. banco.az saytında daxili məqalə səhifəsindəki reklamdan gedir söhbət:banco.az internal page

Yox-yox, söhbət göbələk kimi artmış milli iqtisadiyyat saytlarımızın bərbad dizaynından getmir. Bir-birinin üstünə minmiş (hələ skrin-şota düşməyən sağ-sol background və s. bannerləri demirəm) veb-bannerlər onsuz da çox saytda var. Bir bank kimi orda reklam verməlidirlər, başa düşüləndir. Amma nə reklamı?

Həmin bannerə siz özünüz də baxa bilərsiniz:

BEynəlxalq bank digital reklam

1.08 meqabaytlıq GİF banner, Karl! Bunu hazırlayanlar, təsdiqləyənlər, saytda yerləşdirənlər hara baxır?
Axı eynilə bu banneri, daha doğrusu bundan da qəşəngini uzağı 200 kilobaytlıq həcmdə hazırlamaq çətin deyil. Bannerin keyfiyyəti barədə danışmağa isə ehtiyac yoxdur, bulanıq şrift, gözyorucu loqo, iyrənc effekt…

Reklamı yerləşdirməyə pul tapılır, işçiyə verməyə maaş tapılır, amma bir dənə HTML5 banneri hazırlamağa pul tapılmır? Cəmi 256 rəng dəstəkləyən GİF-banner niyə qoyulsun axı?

Bu reklamın statistikasının aparılmamasından, digital media effektivliyinin ölçülməsi üçün adserving-in olmamasından ümumiyyətlə heç danışmıram. Belə bir reklamı yerləşdirənlərdən post-klik effektivlik gözləmək onsuz da artıqdır.

Günah həm də bizim mediadadır. Pul xatirinə hər şeyə razılaşan, yerli-yersiz, saytı gec açdıran bannerlərə HƏ deyən saytların tez bir zamanda müflis olması arzusuyla.