Mən, Tural Kərimov 1988-ci ildə Bakıda anadan olmuşam.
Uşaqlığım ağır keçib, velosipedim olmayıb, Sony PlayStation oynamamışam. İlk şəxsi kompüterimi yalnız 4-cü kursda oxuyanda əldə etmişəm, o vaxta kimi günlərimi internet-klublarda, kitabxanalarda və çayxanalarda keçirmişəm.
İqtisadiyyat sahəsində bakalavr və magistr təhsili almışam.
Frilanser, fərdi sahibkar, Azərbaycanın ən böyük reklam holdinqində, Azerfon, SR şirkətlər qrupu, PashaPay-də, texnoloji layihələrdə müxtəlif vəzifələrdə (əsasən rəqəmsal marketinqlə bağlı) işləmişəm. Hazırda isə həm öz layihələrim üzərində çalışır, həm də konsultant kimi müxtəlif layihələrə xidmət göstərirəm. .
Maraq sahələrim çox genişdir və buna görə də vaxtımı düzgün bölməkdə çətinik çəkirəm. İşimlə bağlı maraqlandığım sahələr:
- marketinq
- start-up, elektron kommersiya, internet-biznes
- kontent-marketinq, media
- İT-nin biznesdə tətbiqi
- iqtisadiyyat
İşdənkənar:
- geopolitika
- müasir nəsr
- şahmat və digər stolüstü oyunlar
- psixologiya və s.
Mənimlə əlaqə saxlamaq üçün Facebookda yaxud Linkedində yaza, habelə e-maillə əlaqə saxlaya bilərsiniz.