Şəxsi həyatında çox xoşbəxt olan insan var ki, prestijli sayılmayan ofisiant kimi işləyir.
Telekom şirkətində yaxşı karyera qurmuş, amma ailə həyatında heç bəxti gətirməmiş, özünü loser sayan yoldaşlar var.
Elə bəxtəvərlər də var ki, həm iş, həm də şəxsi həyatlarında uğurludurlar. Heç birində yarıtmamışlarını da yəqin ki, görmüsünüz.
Çoxları life-work balance haqda eşidib, bu mövzu indi çox dəbdədir. Mən amma buna daha çox “krovat-kreslo” fəlsəfəsi kimi baxıram, fikrimcə o daha düzgün və dəqiq ifadədir.
Şəxsi həyat yoxsa iş dünyası?
Krovat – Kiminlə yatırsan, durursan? Kim səni ruhlandırır? Kiminlə səmimi şəkildə öz fikirlərini paylaşırsan?
Bilirəm, əslində dilimizdə düzgün söz kimi çarpayı işlənir, amma çarpayı sözü də əslində fars sözündən gəldiyinə görə (çahar pa – dörd ayaq deməkdir), daha ümumişlək və anlaşıqlı olsun deyə krovat istifadə edəcəyəm.
Kreslo – Nə iş görürsən? Hansı kresloda oturacaqsan? Oturmağa yaxud işləməyə görə nə qədər maaş verəcəklər? Hansı hədəflərə çatmalısan ki, kreslon daha rahat olsun?
Biz validenylərimizi, doğulduğumuz ölkəni seçmirik. Amma krovatı və kreslonu seçmək öz əlimizdədir. Həyatda xoşbəxt olmağın da açarı ondadır ki, düzgün və rahat kreslo-krovatı seçəsən.
Gənc olanda çoxları üçün krovat prioritet olur ki, bu da başadüşüləndir. Hormonlar, cavanlıq eşqi öz sözünü deyir. İllər, əsrlər uzunu həmişə belə olub. Təbiət bizi elə yaradıb ki, yeniyetməlik dövründən sonra bizim üçün münasibətlər, əks cinslə əlaqə, ailə həyatı vacib olub.
Deyərdim ki, 2010-ların ortalarına qədər gənclərdə krovat daha vacib olub.
Amma son illərdə dinamik dəyişən dünyada tələbələr dərhal kreslo barədə düşünməyə başlayır, bütün enerjilərini işə verirlər. Gəncliyini işə verənlər doğurdan da, yaxşı karyera qurur, peşəkar kimi daha yaxşı yetişirlər.
Xüsusilə də qadın cinsində olanlarda bu daha bariz görünür. Əgər 90-larda bir qız üçün diplom vacib olsa da, əsas məsələ onun ərə getməsi, ona uyğun bir partnyor tapması idi. İndi isə qadınlar hətta erkəklərdən də çox işləyir, ömürlərini işə (oxu: kresloya) sərf edir, şəxsi həyatlarını yaddan çıxarırlar.
Burda urbanizasiyanın, internetin inkişafının, qloballaşmanın və s. rolu var, amma məsələ bunun səbəblərində deyil.
Məsələ ondadır ki, bəzən balans düzgün qorunmur, kresloya lazım olduğundan daha çox diqqət ayrılır, ona görə şəxsi həyat yaddan çıxır.
Universal bir formul, sehrli düstur yoxdur, amma mövcud Azərbaycan reallığında deyərdim ki, 27 yaşa qədər krovatın payı daha çox olmalı, sonradan isə kreslonun hissəsini artırmaq olar. Qadınlar üçün isə bu həddi 30-33 yaşa qədər qaldırmaq olar.
Iqitisadiyyat sahəsində ali təhsil alanlar yəqin ki, yaxşı xatırlayır, ekonomiks dərsliyində production possibility curve deyilən bir şey vardı.

İqitisadiyyatda ya silah, ya da yağ istehsal etmək üçün gərək digərindən müəyyən qədər imtina edəsən:
- Çox silah istəyəndə yağ az olur.
- Çox yağ istəyəndə silah az olur.
Opportunity cost deyilən o şey imkan vermir ki, həm çoxlu silah, həm də çoxlu yağ olsun. Gərək birindən çox olanda, digəri az olsun.
Oxşar şəkildə bunu krovat-kreslo məsələsində də göstərmək olur:
- Sən bütün diqqətini işə versən, şəxsi həyatına az diqqət yetirmiş olacaqsan.
- Bütün günü öz şəxsi dünyana ayıranda isə, karyeranda irəliləyiş olmayacaq, paslanacaqsan.
Vacibdir ki, kreslo-krovat məsələsində də optimal nöqtəni (equilibrium point) tapasan.
