fbpx
  1. Qrafik dizayn proqramlarında 3-4 il işləyən şəxs avtomatik art-direktor olur.
  2. Facebook Ads Manager-də işləməyi və Google Ads-də reklam verməyi acaran şəxs avtomatik digital marketing manager olur.
  3. Facebook səhifə üçün 1 il post mətni yazan şəxs avtomatik senior kopirayter olur.
  4. 4P, media mix, positioning, differentiation strategy sözlərindən istifadə edən şəxs avtomatik marketoloq olur.
  5. ACCA F3 imtahanını verən şəxs avtomatik mühasib (accountant) olur.
  6. Bir dənə video-çarx çəkdirib, bir BTL aksiya keçirdən avtomatik brend menecer olur.
  7. Arianna-da AGB-nin datası əsasında sadə hesabatı Excelə eksport edən avtomatik mediaplanner olur.
  8. Saytın CSS-ində rəngləri dəyişməyi bacaran adam avtomatik veb-developer olur.
  9. 4-5 press-reliz hazırlayıb, bir xeyriyyə aksiyasına şirkətin dəstəyini sağlayan şəxs avtomatik PR menecer olur.
  10. Azərbaycanda hər hansı bir sahədə az-maz işləyib ambisiyası olan şəxs avtomatik senior/head/experienced/chief olur.