Qeyri-peşəkarlıqdan doğan peşəkarlıq
Aug 28, 2019
- Qrafik dizayn proqramlarında 3-4 il işləyən şəxs avtomatik art-direktor olur.
- Facebook Ads Manager-də işləməyi və Google Ads-də reklam verməyi acaran şəxs avtomatik digital marketing manager olur.
- Facebook səhifə üçün 1 il post mətni yazan şəxs avtomatik senior kopirayter olur.
- 4P, media mix, positioning, differentiation strategy sözlərindən istifadə edən şəxs avtomatik marketoloq olur.
- ACCA F3 imtahanını verən şəxs avtomatik mühasib (accountant) olur.
- Bir dənə video-çarx çəkdirib, bir BTL aksiya keçirdən avtomatik brend menecer olur.
- Arianna-da AGB-nin datası əsasında sadə hesabatı Excelə eksport edən avtomatik mediaplanner olur.
- Saytın CSS-ində rəngləri dəyişməyi bacaran adam avtomatik veb-developer olur.
- 4-5 press-reliz hazırlayıb, bir xeyriyyə aksiyasına şirkətin dəstəyini sağlayan şəxs avtomatik PR menecer olur.
- Azərbaycanda hər hansı bir sahədə az-maz işləyib ambisiyası olan şəxs avtomatik senior/head/experienced/chief olur.