fbpx

Reklam sferasında işləyənlər buna oxşar dialoqla yəqin ki,  çox rastlaşıb.
–          Harda işləyirsən?
–          Reklam agentliyində.
–          100 vizitkanı neçəyə çap edirsiniz?

Televiziyanın reklam şöbəsində işləyənlərdən tipoqrafiya, dijital reklam mütəxəssisindən skrollerin qiyməti barədə soruşanlar az deyil.

Probemlin kökü ondadır ki, reklam sferası çox genişdir.

  • Media agentlik. Əsasən media yerləşməsi (televiziya, radio, çöl, dijital və s. medialarda reklamın planlaşdırılması, qiymətinin danışılması, hesabatının alınması, analizi və s.)
  • Kreativ agentlik. Əsasən reklam mesajının istehsalı (TVC çəkilməsi,  veb-bannerin dizaynı, lifletin tipoqrafiyada çapı və s.)

Ona görə suala belə cavab verilməlidir.
–          Harda işləyirsən?
–          Kreativ reklam agentliyində qrafik dizaynerəm.