fbpx

Şirkətin marketinq kommunikasiyasında təbii ki, vizual təsvirlər, gözlə görünən obrazlar daha çox rol oynayır nəinki mətnlər. Adətən bir firma üçün hazırlanan loqo, korporativ rənglər, şrift, illustrasiyalar və s. daha yaddaqalan olur nəinki sloqan yaxud şirkətin missiyası. Məsələn, indi Apple, Mercedes,  BMW, Pringles deyilsə ağla birinci dişlənmiş alma, 3 yerdə bölünmüş çevrə, ağ-mavi pərləri olan BMW loqosu, gülərüz bığlı kişi gələcək.

şirkətlərin loqoları

Amma sloqan (şirkət şüarı) da çox vacibdir. Hətta bəzi hallarda sloqan o qədər uğurlu, tanınmış olur ki, vizual təsvirlərdən də çox yaddaqalan olur. Aşağıdakı məşhur sloqanlar heç də vizual təsvirlərdən geri qalmır:

  • Nike – ”Just Do It”
  • Red Bull — “Red Bull qanadlandırıııır”
  • Panasonic — “Ideas for Life”

Azərbaycanda da yaxşı sloqanlar var. Pis sloqanlar isə ondan dəfələrlə çoxdur:) Bəs bizim ən yaxşı, uğurlu, işlək sloqanlarımız hansıdır? Bu yazımda onların qısa icmalını hazırlayacam.

Yaxşı sloqanlar

Ən yaxşısını seçmək təbii ki, çətindir. Amma TOP-larda olacaq şüarları seçmək o qədər də çətin deyil.

Azpetrol
Yaxşı yol

Radio və televiziyada 2000-lərin əvvəlindən eşitdiyimiz, reklamın sonunda səslənən həmin o sadə, direkt və melodik səsləntini hələ də çoxları xatırlayır. Uğurlu olmasının səbəbləri:

  • Qısa, cəmi 2 sözdən ibarət olması
  • Mənasının relevant olması. Bizim benzimizlə yolun yaxşı olacaq fikri çatdırılırdı
  • Dilimizdə sağollaşarkən oturuşmuş “yaxşı yol” ifadəsinin olması
  • Qafiyələnmənin yaxşı olması
  • Həmin dövrlərdə benzindoldurma məntəqələri reklam olunmurdu. Əslində düz-əməlli yerli brendlərimiz formalaşmamış, reklam industriyası da inkişaf etməmişdi. O ərəfədə az-çox fərqli olan, bir az reklam kommunikasiyası olan marka asanlıqla populyar ola bilirdi

Doymak
Doymak hamının istəyidir,

DoyMak yerli (Avrora Group) makaron markasıdır. “Doymaq” feli və DoyMak adının oxşarlığı əsasında qurulmuş bu sloqan sadə, elə sadə olduğu qədər də yaddaqalandır. Məhsulumuzu yeyəndən sonra doyursan mesajını da çatdırmış olur.

 

Bəyaz camaşırxana
Lap ağını çıxardırıq

Nərimanov rayonu ərazisində olan bu camaşırxananın sloqanı xoşuma gəlir:

  • bir şeyin ağını çıxartmaq kimi el məsəlindən sitifadə etməklə iddia göstərilir
  • tərtəmiz edirik, ağappaq edirik kimi mesajı ötürülür.

Nar
Çünki daha çoxuna layiqsən

Özüm də əvvəllər Nar-da işlədiyim üçün fikrim bir qədər subyektiv görünə bilər:) Bu sloqan işlənməyə başlanıldığı 2018-ci ildən sonra uğurludur:.

  • Bir nar meyvəsinin içində çoxlu dənələr olur. Sən də narın içindəki o çoxlu dənələrdən (bizim məhsullardan) istifadə edə bilərsən
  • Digər operatorlarla müqayisədə eyni məbləğə daha çox dəqiqə, daha çox meqabayt təklif edilir. Eyni vəsaitə daha çox şey ala bilirsən mesajı ötürülür.
  • Because you deserve more – Azerfon şirkəti bir insan kimi səni mərkəzə qoyur, human-centric şirkət olaraq sənin daha yüksəklərə, daha çoxuna layiq olduğunu, xəyallarının ardınca getməyini səsləyir.

Ümumiyyətlə, telekommunikasiya sahəsində sloqanların əksəriyyəti yaxşı olub:

  • SimSim – Öz Ritminlə Yaşa
  • Azercell – Sənə yaxın gələcək
  • Azercell ilə həyat daha gözəldir
  • NarMobile – Gəlin birlikdə böyüyək
  • Bakcell – Bax, nələr mümkündür
  • Bakcell – Gündən-günə daha güclü
  • Bakcell – Dəyişək, inkişaf edək

Digər xoşuma gələn sloqanlar

  • Sirab – Hər damlasında həyat var
  • Hacı Turqay kolbasa məhsulları: DADI DAMAQ DADI
  • Kristal Abşeron- Xəyallarınızı inşa edirik
  • Texnomart – sənə sarı
  • İlham Əliyev (prezident seçkiləri 2008) – İlhamla İrəli!
  • Eurovision-2012 – “Light your fire”
  • Gobustone – Daşdan pul çıxarmaq hələ belə asan olmayıb

Bankların sloqanları

5 bankın sloqanını daha çox bəyənirəm. Ümumi kommunikasiyalarında verdikləri mesaj, sloqanın ümumi ada uyğun gəlməsi (məsələn, Unibank-united-we unite everyone-hər kəsin bankı) cəhətdən digərlərindən daha üstündüür. Düzdür, indi bu bankların çoxu bağlanıb, amma verdikləri vədi yaxşı qiymətləndirirəm:

  • AGBank – Zəngin Olmaq Haqqınızdır
  • Atabank – Bir addım öndə
  • Dəmirbank – Sadəcə etibarlı
  • Unibank – Hər kəsin bankı
  • Xalq Bank – Uğurla Birlikdəyik!
  • Bank Respublika – Sizə faydalı

Digər banklar

Ayrılıqda sloqan yaxşı səslənə bilər. Amma gərək sloqan və bankın verdiyi xidmətlər də bir-birini tamamlasın. Yerli banklarımızda bu çox vaxt üst-üstə düşmür. Məsələn,

ASB Bank – Bir bankdan daha üstün.

More than a bank, Больше чем банк fikrini eşidən xarici üçün sloqan çox gözəl, qulağayatımlı və iddialıdır. Təzə açılmış bir bank olsaydı, mən də onu bəyənərdim. Amma Azersun Holding-ə aid olan bu bank elə bir vəziyyətdədir ki, bu sloqan ona heç yaraşmır.
Yəni Kapital, ATB, Pasha Bank bunu istifadə etsəydi, çox uyğun, harmonik bir sloqan olardı. Amma indiki vəziyyətdə ASB Bank o sloqanı “öldürür”

  • Paşa Bank – Zirvələrə doğru.Birlikdə
  • Bank of Baku – Sizə yaxın bankçılıq
  • AccessBank – Sizin Yerli Avropa Bankınız
  • AFB Bank – Hər kəs üçün eyni
  • Amrahbank – Sizə açıq və aydın bank
  • Azər Türk Bank – Etibar etdiyiniz ünvan
  • Bank BTB – Arzulara yaxın ol
  • Bank Standard – Mənim Bankım
  • Caspian Development Bank – Etimada Sədaqətlə
  • Expressbank – İşiniz rahat getsin
  • Kredo Bank – 21 il sizinlə
  • NBC Bank – Hər zaman yanınızda!
  • Parabank – Paramızın etibarlı evi
  • Rabitəbank – Orta və kiçik biznesin tərəfdaşı
  • Turanbank – Bizimlə etibarlıdır
  • VTB Bank Azərbaycan – Birgə məqsədlərdən etibarlı tərəfdaşlığa doğru
  • YapıKredi Bank Azərbaycan – Xidmətdə sərhəd yoxdur

Sonuncu YapiKredi-nin Xidmətdə sərhəd yoxdur sloqanı neqativ məna verir. Bankın servisi o qədər qeyri-müasir, aşağı səviyyədədir ki, servisin  bərbadlığında sərhəd tanımır.

 

Bəyənmədiyim sloqanlar

“AAAF inşaat” – Mülk Allaha məxsusdur

İki vur iki dörd edir tipində və qeyri-relevant sloqandır. AAAF rəhbərliyi dindardır, bunu başa düşürük, amma sloqanda bunun tətbiqi yaxşı alınmayıb.

Metak – Reklam deyil