fbpx

Deyəndə ki, həyatda hər şeyin dadaın baxmaq, hər şeyi sınamaq lazımdır, çox adamın ağlına nə gəlir? Narkotik, seks pozaları, alkoqollu içki kokteylləri, gecə barda şuluqluq edib sonra küçədə yatmaq və s.

Niyə hər şey deyəndə bilyard oynamaq, bir dəfə borş bişirmək, A4 kağızda rəsm çəkmək (bəlkə də on ildir ki, əlimə flomaster almamışam) yada düşmür?

Çünki beynimiz ancaq asan, zövqverici, əziyyətsiz, tez başagələn şeyləri görmək istəyir. Kirpi ətinin dadına baxmaq istəyirsən? Bəlkə də 10 adamdan 9-u bunu istəyəcək. Amma desək ki, gedək həmin kirpini tutaq yaxud dərisini soyaq, onda həmin adamlar imtina edəcək.