fbpx

Dress-kod, uniforma, səviyyəli geyim ilə bağlı hamının rastlaşdığı bir sıra stereotiplər var:

  • Ofisdə işləyirsən, özünə səviyyəli kostyum al.
  • Kəmərin mütləq ayaqqabınla eyni rəngdə olmalıdır.
  • Qalstuklu birrəng köynəklə geyin, alabəzək köynəin üstündən geyəndə “çuşkarski” görünür

Mənim ilk rəsmi iş yerim reklam agentliyi idi və təbii ki, reklam agentliyində işləyənlər sərbəst, ürəkləri istəyən kimi geyinirdi. Agentlik direktorları da müştəriylə görüşə gedəndə bir az ciddiləşirdi. Mən də o vaxtlardan kejual (casual), yarıklassik bir geyim tərəfdarı olmuşam.

Sonradan Azerfon-da işə başlayanda da əvvəl elə düşünürdüm ki, hamı şalvar-pencəklidir. Birinci gün candərdi klassik yay şalvarıyla ağ köynək geyindim. Amma elə ilk günlərdəcə həm həmkarlarımın klassik dress-koda uyğun geyinmədini gördüm, sonradan özüm də istədiyim kimi geyinməyə başladım.

Müasir trendlər, sərhədlərin itməsi, start-up atmosferinin geniş yayılması insanları daha çox free olmağa sövq edir.

Şəxsi fikrimə görə, mühüm dövlət postlarını tutan məmurlardan, rəsmi görüşlərə gedən C-level menecerlərdən başqa digər muzdlu işdə çalışanların klassik geyim tərzinin tərəfdarı deyiləm.

Fikrimcə, həkim, yanğınsöndürən, bağban, bənna və s. spesifik işçiləri çıxsaq, ofis planktonları kimi tandığımız bir sinfə aid olanlar istədiyi kimi geyinməlidir.

Mini yubka göyün yeddinci qatında deyilsə, büstqalterin tam detalları seçilmirsə qadın nəyə görə də istədiyi, ona xoş geyimdən istifadə etməsin?

Kostyum, qalstuk, qışda uzun yun palto, payızda qara düz plaş, tufli, yalnız ciddi rənglərdən istifadə etmək – keçmişin qalığı olan bu şablonlara özünü məcbur etmək istəyi nədəndir bilmirəm.

Hamının məllim olduğu, yuxarı səviyyəli menecerlərin “Filankəs bəy” çağrıldığı şirkətlərin sayı nə qədər az olsa, bir o qədər yaxşıdır.

“Head of ….” kimi. direktor, prorektor və s. kimi çalışan qadınların mütləq ciddi, business-lady kimi geyinmək məcbuyriyyəti yoxdur. Əksinə, gördüyüm ən peşəkar sual verən marketinq/HR işçiləri elə məhz cins şalvarda gəzən, qolunda bijuteriya taxanlardır.

Relax, take it easy…