fbpx

Həmişə mübahisə doğuran mövzulardan biri də ”bugün” sözünün ayrı yaxud birgə yazılışıdır.

  • Bugün  (today, сегодня) kefim kökdür, səhər yaxşı yemişəm.
  • Bu gün (this day, этот день) həyatımda ən pis gün kimi yadda qalmışdı, çünki evim yanmışdı.

Söhbət cari gündən gedirsə, içində olduğumuz günü ifadə edirsə, “bugün” sözünün birgə yazılışı daha düzgündür.

Bu sözü işarə əvəzliyi kimi işlənirsə, keçmişdə yaxud gələcəkdə olacaq hansısa bir tarixi müəyyən edirsə,  ayrı yazılmalıdır.

  • Saat 12-ni keçdi, artıq 21 iyundur. Bugün mənim ad günümdür.
  • 21 iyun 1941-ci il. Məhz bu gün Almaniya və müttəfiqləri SSRİ-yə hücum etmişdi.

Elə yaxın türk dilinə də baxaq. Türkiyədə TÜRK DİL KURUMU adlanan təşkilat da bildirir ki, “içinde bulunulan gün” mənasını verən sözü bir yerdə yazılmalıdır.

  • İstanbuldan bugün misafirler gelecek, bi şeyler yapmamız lazım (yəni qonaqlar bir neçə saata aeroportda təyyarəyə minib gələcəklər bugün)
  • 2000-ci yılın 17 Mayısında Qalatasaray bir tarih yazdı. Bu gün UEFA Kupası finalını bir türk klubu kazandı. (yəni başqa gün yox, məhz 17 mayda Arsenal komandasına türklər qalib gəldi)

Today, current period mənasını ifadə vermək üçün bugün-ün bir yerdə yazılmasını aydınlaşdırdıq. O zaman belə bir haqlı sual çıxır ki, bəs onda current week, current month, current year sözlərinin tərcüməsini necə yazaq?

Fikrim belədir ki, dilimizdə islahatlar çərçivəsində bu məsələyə də analoji yanaşmaq lazımdır. Bəzi hallarda “buay”, bəzən isə “bu ay” yazmaq olar.

  • Əziz şagirdlər, ilin sonuncu ayında havalar soyuq olur. Bu ay hansıdır?
  • Buay maddi vəziyyətimiz çətindir. Gələn ay ümid edirəm ki, yaxşı olacaq.

Analoji olaraq “buil” və “bu il”:

  • 1961-ci il. Məhz bu il ilk dəfə olaraq insan kosmosa uçdu.
  • Buil ölkədə işsizliyin səviyyəsi aşağı olacaq.