fbpx

Azərbaycan diliinin bəlalı və aktual problemlərindən də biri ingilis dilindən “mobil application” sözünün tərcüməsi ilə bağlıdır.

Hərə bir cür tərcümə edir:

  1. Kimisi “applikasiya”
    applikasiya
  2. Kimisi “mobil əlavə”
    mobil əlave
  3. Kimisi də “tətbiq” kimi
    mobil tətbiq

İngilis dilində application sözü to apply sözündən yaranıb, dilimizdə də ən dəqiq tərcüməsi tətbiq-dir.

Applied mathematics – tətbiqi riyaziyyat, прикладная математика

To apply skills – bacarıqları tətbiq etmək

Həm mənaca (smartfondakı application müəyyən bir əməliyyatı icra edir/tətbiq edir), həm də dəqiqlik cəhətdən tətbiq sözünün istifadəsi daha uyğundur.

Applikasiya sözünün də istifadəsi məqbuldur, lakin dilimizdə az istifadə olunduğundan mən “tətbiq” sözünün tərəfdarıyam.

Mobil əlavə sözünün istifadəsi tam səhvdir. Problemin kökü rus dilindən gəlir. Мобильное приложение sözünü “mobil əlavə” kimi hərfi tərcümə etdiklərinə görə bu virus hələ də gəzir.

Приложение sözü rus dilində çoxmənalıdır və bəzən “qoşma”, “əlavə” (attachment) kimi tərcümə olunur. Lakin bu o demək deyil ki, Мобильное приложение də “mobil əlavə” olmalıdır.

Smartfonda olan Facebook, WhatsApp, Youtube proqramlarına “əlavə” deməyə adamın dili gəlmir. Camaatın smartfonu elə məhz bu tətbiqlərdən istifadə etmək üçün aldığı bir zamanda onlara əlavə (additional something) demək yanlışdır.  Onlar əlavə deyil, əsasdır.

And the Oscar goes to … Bakcell.

Bakcell aplikasiya

Applikasiya kimi tərcümə olunsaydı dərd yarı olardı. 1 P hərfi ilə aplikasiya kimi yazmaq məntiqə uyğun gəlmir.