Azərbaycanda ən böyük traffiki olan bir yerli veb-platformanın sisteminin tam yenilənməsi (update olması) üçün nə qədər iş lazımdır? Biz fikirləşirdik ki, 3-4 ay. Əslində isə bu proses hardasa 1 ilə yaxın çəkdi:))
Minlərlə sətir kod, onlarla task, dəfələrlə dəyişən funksional özəllikləri, istirahətsiz şənbə günləri və bəzən yuxusuz gecələrdən sonra nəhayət ki, Smartbee 2.0 işıq üzü gördü.
Başqa Smartbee-nin direktoru Fərid Kərimov olmaqla komandası böyük bir iş ortalığa çıxardıb. Olan düzəlişlərin sayı-hesabı bilinmir. Qürurla deyə bilərəm ki, mənim də məsləhətlərimin, tövsiyələrimin böyük faydası olub. Xüsusən də layihənin biznes-məntiqinin qurulmasında verdiyim təkliflərin nəticə tapması sevindiricidir.
İndi isə daha ətraflı.
Niyə dəyişmək lazım idi?
Vebsayt canlı orqanizm kimidir. Onu bir dəfə yaradıb sonra sabit saxlamırsan: o daim diqqət istəyir. Gərək həmişə üstündə işləyəsən, oynayasan. Xüsusən də adtech sahəsində olan bir şirkət üçün bu xüsusilə vacibdir.
Smartbee-nin əsas müştəriləri əsasən xarici beynəlxalq şirkətlərdir. Xaricilərin də tələbləri bitmək-tükənmək bilmir. Az qala Google Ads-da olan funksiyaların hamısını yerli bir Azərbaycan şirkətindin məhsulunda görmək istəyirlər.
Sistemin özündə də xeyli bug-lar, əskikliklər var idi. Xülasə, dəyişikilk mütləq lazım idi.
UX/Uİ
Bəli, əvvəlki tələm-tələsik hazırlanmış dizayn tarixə qovuşur. Yeni minimalistik, clean, flat, sadə dizaynı indi göz oxşayır. Keçidlərin, düymələrin (buttonların), filtrlərin həm yerləri, həm də front-end tərəfdə tərtibatı tam dəyişib.
Balansı artırmaq
Ana səhifə (Dashboard)
Kampaniyaların siyahısı
İndi kampaniyaları, reklam qruplarını (Adset-lər), reklam kreativlərini asanlıqla aktiv-deaktiv etmək olur. Facebook Ads Manager-də olan kampaniyanı idarə etmək üçün shortcut-lar əlavə edilib.
Column Chooser dediyimiz sütun seçimi üçün bəlkə də ola biləcək ən yaxşı dizayn həllini tapdıq. Artıq hansı sütunların reportda görünüb-görünmədiyini seçmək çox asandır.
Kiməsə nə qədər pul xərclədiyinizi göstərmək istəmirsiniz? Problem deyil, Spending xanasını gizlədin. Klikləri və unique impressionları saxlayıb başqa parametləri müvəqqəti silmək istəyirsiniz? Heç problem deyil. Rahatlıqla drag-and-drop ilə nəyin harada nə necə görünəcəyini seçə bilərsiniz.
Maraqlısı odur ki, seçilmil parametrləri Google-da olduğu kimi save etmək olur. Daha hər dəfə sistemə girəndə yenidən column chooser ilə sütunları ayarlamağa ehtiyac qalmır.
Aşağıda gördüyünüz Export report funksiyası əvvəl də var idi. Amma orada həm bu qədər geniş özəllik yox idi, həm də bug-lar çox idi. İndi isə hər şey rahatdır. Hər şeyi rahatlıqla öz kompüterinizə ixrac edə bilərsiniz:
Smartbee-nin baş front-end developeri Xətainin dizayn işində əziyyəti xeyli çox olub.
3-rd party tracking /adserving
Əgər Smartbee-də deyil, oraya aid olan hansısa bir saytda ənənəvi qaydada reklam vermək istəyirsinizsə, çox asanlıqla adserving üçün reklam kodunu generate edə bilirsiniz. Bir paneldəcə siz həm Smartbee-də reklam verə bilirsiniz, həm də hansısa saytda yayımlamaq istəyiniz məxsusi bir yeri seçə bilirsiniz.
Statistika
Cədvəl üzrə statistikanı çoxları verə bilər. Amma rahat, geniş funksionalı olan diaqramları vermək asan məsələ deyil.
Fəxrlə demək olar ki, ən intuitiv, gözəl diaqram görünüşləri Smartbee-dədir.
Diaqram formasında statistikaları görmək üçün xeyli library-lər arasında seçim aparıldı. Ən yaxşı və customizable sistem kimi indikini seçdik:
Screen-shot götürücü
Reklam agentliklərində işləyənlər yəqin yaxşı başa düşər; müştəriyə yaxud rəhbərliyə həmişə hesabat göndərəndə reklamın skrin-şotu lazım olur. Hansısa reklamın skrin-şotunu tapmaq isə zülmdür. Gərək dəfələrlə müxtəlif saytlarda refresh edəsən ki, lazımi kadrı tuta biləsən. Hələ təsəvvür edin ki, bir kişi cinsində olan şəxs qadınlar üçün targetinqlə Google-da reklam verib. Onun skrin-şotunu necə tapsın?:)
Hətta heç Google Ads-da belə olamayan bu funksiyanı Smartbee-də reallaşdırılıb. Hətta cihazı da seçmək olur. Lazım gəlsə, konkret bir saytı seçib məhz orada reklamın skrin-şotunu belə almaq mümkündür.
Görürsünüzmü, heç Google, Yandex, AdRoll kimi sistemlərdə olmayan bir şeyi Azərbaycanda düzəldənlər var:)
History
Son tranzaksiyaları, ödənişləri və s. tarixçə kimi rahat görmək olur.
Daha yaxşı hədəfləmələr
Targeting imkanları keçmiş versiyada da ara-sıra tətbiq edilmişdi. Amma indiki versiyada onlar daha gözəl, daha gözoxşayandır:
Layihənin üstündə ən çox işləyən adam təbii ki, Fərid Kərimov olub. CTO, system architect, back-end developer kimi ən əsas böyük işləri o görüb.
Digər əziyyət çəkmişlər kimi Emil, Yusif, Xətai, Serkan, Şahin qeyd olunmalıdır.
Mən birbaşa olaraq layihə üzərində işləməmişəm. Bilənlər bilir, Smartbee fəaliyyətə başlayandan təxminən 7 ay sonra mən SR Şirkətlər qrupunda işləməyə başladım. Amma layihənin inkişafı üçün mütəmadi olaraq konsultasiya verir, nəyin necə daha yaxşı olacağı barədə bildiyim tövsiyələr verirdim. Tək mən deyil, digital marketinq sferasında olan digər həmkarlarım ( Fərid Çıraqov, Kənan Əliyev, Elşən Aslanov və s.) da sistemdə yeni özəlliklər (features) üçün təkliflər veriblər.
Təmənnasız olaraq bu sistemin inkişafı üçün töhfə verməkdə məqsəd Azərbaycanda IT-nin inkişafı, veb-texnologiyaların daha üst səviyyəyə qalxması, yerli reklam bazarının inkişafı olub. Təbii ki, hər bir azərbaycanlı istəyər ki, öz ölkəsində qlobal standartlara cavab verən, çox təkmil bir sistem olsun.
Bu dəqiqə Azərbaycanda texniki olaraq ən çətin, ən kompleks yerli veb məhsul məhz Smartbee-dir. Birinci versiyası da yaxşı idi, amma 2.0 versiyası daha üstün bir məhsul oldu. Mən hətta deyərdim ki, Azərbaycan kimi bir ölkənin miqyası üçün olmayacaq dərəcədə kompleks və güclü bir platformadır.