fbpx

1 iyunda sosial media səhifələrində yerli brendlərimiz təbii ki, uşaqlarla bağlı məlum günlə bağlı paylaşımlar etdi. Elə demək olar ki, onların hamısı da günün adını səhv şəkildə verdi.  Çünki hamı Vikipediyada verilmiş səhvi götürüb copy-paste edib.

1 iyun günü səhv qeyd olundu

Əslində “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” yox, “Beynəlxalq Uşaqları Müdafiə Günü” yazılmalıdır.

Yəni “beynəlxalq” sözünə məntiqi vurğu düzgün yerdə vurulmalıdır:

  • 8 Mart dünyada “Beynəlxalq Qadınlar Günü” kimi qeyd olunur, “Qadınların Beynəlxalq Günü” kimi yox.
  • 15 aprel “Beynəlxalq Musiqi Günü” kimi qeyd olunur, daha “Musiqi Beynəlxalq Günü” kimi yox.

Eyni qaydada da “The International Day for Protection of Children” yaxud  “Международный день защиты детей” sözü belə tərcümə olunmalıdır və “Beynəlxalq” sözü əvvəldə gəlməlidir.

Gün beynəlxalqdır, müdafiə yox. Bayramın adı “The Day of İnternational Protection of Children” kimi yox, “The International Day for Protection of Children” kimi qəbul olunursa, azərbaycanca qarşılığı da belə olmalıdır. Bir daha təkrar edirəm, “İnternational” (beynəlxalq) olan gündür, uşaqların müdafiəsi yox.

Bu postu yazmağa isə həmkarım və dilimizin yaxşı bilicisi olan Fərid İskəndərovun postunu görməyim səbəb oldu:

Farid İskanderov post