fbpx

#isdiyirəm ki, Bakıda kofe-şopların birində barista olum, səhərdən axşamacan camaata kofe hazırlayım
Getcontact-da da kimsə adımı “Vüsal qəhvə“ qoysun, dostlarım da həmişə buna görə mənimlə məzələnsinlər.

Evə gələndə, kimsə məni görəndə də desin ki, “ay da, səndən nə qəşəng kofe iyi gəlir“? Amma özüm bütün günü kofenin içində olsam da, axşam evə gələndə adi qara çay içim.
Öz işimdən də zövq alım, kofe almağa gələn qəşəng qızlara gülüm, onlar da həmişə mənə xoş baxışlarla baxsınlar. Nədənsə qızlar baristalara həmişə yaxın adam kimi baxırlar.
Ayda 1 dəfə də ilk dəfə görüşən, ya da hələ təzə-təzə tanış olan oğlanla qız görəndə isə kofenin üstündə süddən ürək şəkli düzəldim. Ödənişi edəndə də oğlan həmişə mənə baxıb diliylə olmasa da, baxışlarıyla “sağ ol, ay brat” desin.
Ümumiyyətlə, insanlara pozitiv hiss verim, onları sevindirim. Daimi, standart müştərilərimi görəndə hal-əhval edim.
Hər iş günü saat 10.30-da gəlib kappuçino istəyən kostyumlu 45 yaşlı biznesmen (içimdəki səs deyir ki, bu dayı biznesmendir) müştərimə deyim ki, “məllim, həmişəki kimi? “. O da özündənrazı hazıda başını tərpətsin, mənim ona bu sualımı verməyindən xoşhallansın.