fbpx

99% insan reklamda böyük ədədləri sevir. Reklamverənlər, marketinq sahəsində işləyənlərin 99%-i çox follower, çox baxış, çox klik, çox auditoriya üzərində fokuslanıb.

İnstagramda ən çox reklam verilən influencerlərə baxın. Birində 50.000 follower var, digərində 200.000. “Gəlin reklamı daha çox podpisçiki olanda verək” məntiqi hamının beyninə hakim olub.

Youtube-un Azərbaycan seqmenti barədə danışmağa belə dəyməz. Düşük müğənnilərin mahnıları 1 milyon baxışı asanlıqla 2-3 günə yığır. Deyirlər ki, millətin zövqü korlanıb, bayağı, səviyyəsiz mahnılara çox baxırlar. Razıyam, səviyyə düşüb, amma bu qədər adamın mənasız mahnıya qulaq asmağı mümkün deyil, ölkədə o qədər auditoriya yoxdur.

Cavab sadədir: bot və fake traffik.

Böyük ədədlərdən, yüksək KPI-lardan ona görə xoşum gəlmir. Dərindən araşdıranda məlum olur ki, bu böyük ədədlərin arxasında kiçiklər gizlənib.

Məsələn, 150.000 baxışı olan 3 dəqiqəlik Youtube videosunu götürək. Həmin videonun statistikasına dərindən baxsaq görə bilərik ki, onun cəmi 80%-dən çoxunun ortalama baxış müddəti (Average watch time) 40 saniyəni keçir.

Bank, telekom, tikinti və əlbəttə ki, böyük ədədləri ən çox xoşlayan FMCG sektoru hələ də başa düşmür ki, Azərbaycan kimi kiçik, inkişaf etməkdə olan ölkədə böyük rəqəmləri gözləmək lazım deyil.

  • metbuat.az saytından son 1 ayda neçə xəbər oxumusunuz? Əminəm ki, çoxlarınız heç o saytı tanımır da. Amma Alexa reytinqində baxsanız bu sayt guya ki, Azərbaycanda top 3-lükdə olan xəbər saytlarından biridir. Botlar sağ olsun.
  • 1news.az kimi press-relizin 300 manat olduğu saytlarda xəbərin oxuma sayı 1500 olsa papağı göyə atmaq lazımdır.
  • Xəbər saytlarının əksəriyyətində bir brend haqqında məqaləni uzaqbaşı 300-500 dəfə oxuyurlar. Diqqət ediləsi də odur ki, bu oxuma sayı da getdikcə aşağı düşür.
  • Bankların marja.az, banker.az və s. biznes-yönümlü saytlarda xəbər yerləşdirmək maniyasını başa düşmək mənə çətindir. Axı sənin qoyduğun bu xəbəri uzaqbaşı ay ərzində 3000 dəfə oxuyacaqlar. Bunun müqabilində böyük məbləğlər niyə verilsin ki?
  • Azərbaycandakı xəbər saytlarının rahat 50%-i Google Analytics, Liveİnternet sayğaclarını şişirdir. Hələ çoxunun adını yazmıram:)
  • Facebook və İnstagramdakı səhifələr, xəbər saytları və s. əksəriyyət fırıldaqla, rəqəmləri şişirtməklə məşğuldur. Çünki reklamverənlərin özü də böyük ədədlər azarına tutulub. Axı normalda 4000 izləyicisi olan bir insanın reklam postundan yaxşı effekt götürmək ehtimalı daha çoxdur (çox olmasa belə daha effektivdir) nəinki 100000 folloveri olan, altında gic-gic spam mesajları yazılan celebrity-lər.

böyük yoxsa kiçik

Qaçmaq lazımdır bu böyük ədədlərdən.

“Bu saytın gündə 50000 İP-si var, populyar saytdır“, “filan bloggerin 100000 podpişşiki var, gəl onda post yerləşdirək“ – əksər hallarda bu sözləri deyənlərin reklam kampaniyası effektiv olmur.

Qaçmaq lazımdır bu böyük ədədlərdən, böyük traffikli saytlardan, böyük auditoriyası olanlardan. Çünki əksər hallarda onların arxasında bot yazan vebmasterlər, izləyici sayını süni surətdə artıran proqramlar durur.

Bəs nə etməli?

Əslində 2 yol var:

  1. Ya yenə də böyük ədədlərin dalıyca qaçmaq, reportlarda yaxşı KPİ-lar göstərmək, rəhbərliyə super-puper reklam kampaniyası haqqında məruzə etmək. Pulları məşhur top-bloggerlərə və saytlara yönəltmək və özünü aldatmaq. Çoxları belə edir və etməyə məcburdur.
  2. Əgər effektivlik, real satış, real marketinq nəticəsi axtarırsınızsa, onda kiçik rəqəmlərdən qorxmamaq lazımdır. Dietologiya haqqında məqaləni bir tematik saytda cəmi 100 nəfər oxuyub? Problem deyil. Xəbər saytında guya ki, 2000 oxunma sayındansa bu yaxşıdır. O 100 nəfərdən real konversiya faizi daha çoxdur.

Mikro-influenserlər, tematik kiçik saytlar, ortabab Facebook səhifələrindən qaçmaq yox, əksinə, onlarla daha çox əməkdaşlıq etmək lazımdır.