fbpx

Reklam peşəkarlarının, marketinqdə çalışan ağlı başında olan işçilərin xoşuna gəlmədiyi xüsusi bir sinif var. O da qorxaq brendlərdir. Daha doğrusu, onun qərar verən marketinq işçiləri:

  • Məşhur bloqqer (məsələn, Taleh Yüzbəyov, Əlixan rəcəbov və s.) reklamımızı çəksin, öz videosunda təbii şəkildə product placement-imizi etsin, amma videoda gərək söyüş olmasın.
  • Müdir atalar sözünün dəyişdirilib sloqan kimi işlənməsinə narazıdır.
  • Posterdə bu qızı göstərməyək. Çox seksual görünür, yerinə abırlı birini qoyaq. Sloqanı da sadələşdirək (Dərd odur ki, bu müştərinin özü parlaq, kreativ, “броский” bir reklam istəyirdi.)

 

Xüsusən də reklam agentliklərində işləyən kreativ şöbə əməkdaşları bundan əziyyət çəkir. Maraqlı, duzlu, oyunlu, əyləncəli neçə-neçə təkliflərdən imtina edilib ki, guya “bəs bizim şirkətin səviyyəsi belə kommunikasiyadan çox yüksəkdədir”.

Brend qorxmamalıdır. Yeri gələndə sərt reaksiya bildirməli, zarafat etməli, sosial mediada rahat danışmalıdır. Quru dəftərxana dilindən uzaq qaçmaq lazımdır.

Demirəm ki, saytda şirkətin məhsulunun zəmanəti haqqında qeydlərdə smayliklər qoyulsun. Amma cansıxıcı, rəsmi-işgüzar üslubda olan hüquqi leksikadan da qaçmaq lazımdır.

Reklamverənlər, ideyaya qərar verənlər onu bilməldidir ki, qorxaq olanda nəticə belə olacaq:

  • Youtube, Instagram, Facebook – qazanacaq.
  • Azərbaycanın ac mediası (OOH, radio, TV, yerli veb-saytlar) – qazanacaq.
  • Sizin reklam agentliyiniz – qazanacaq.
  • Şirkətdə marketinqə cavabdeh olanlar – qazanacaq (yəni maaşı boş-boşuna almayacaqlar, göstərəcəklər ki, “iş görürük”).
  • Yeganə itirən tərəf olacaq. O da şirkətin özü.

Çünki reklamın özü maraqlı, qeyri-adi, fərqli olmayanda ona diqqət, nəticədə isə satış omayacaq.

Nar-ın sosial mediasında çalışırıq ki, post mətnlərində iki insanın adi ünsiyyətinə maksimum dərəcədə yaxın nitqdən istifadə edək. hətta saytda tariflərin sloqanı, qeydləri və s. də çalışırıq ki, insanlara daha yaxın formada olsun.

Twitter post