fbpx

Kobud desək, bədbəxt günə salınmış Azərbaycan dilində daha bir yenilik olub. Nazirlər Kabineti “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nı təsdiq edib. Bəzi qaydalar məntiqli olsa da, aşağıdakı bənd diqqətimi çəkdi:

Mənbə dildə tərkibində qq, ll, mm, pp, tt samitləri olan Avropa mənşəli aşağıdakı alınma sözlər bir samitlə yazılacaq: aqlütinativ, paralel, teleqram, aparat, apelyasiya, vat və s. Bu sözlərdəki ikinci “s” hərfi atılıb: ekspres, konqres, kros, bras, stres. Yalnız Press (mətbuat) sözü istisnadır.

 

  • Paralelteleqram sözlərində 2 samitin qoşa yazılışını normal qəbul etmək olar. Əslində elə əvvəldən dilimizdə bu sözlər qoşa samitsiz yazılırdı.  Amma nəyə görə Paris komunası, komunal ödənişlər, komersiya fakültəsi sözlərini 1 M ilə deyilməlidir?
  • Aqressiya sözünü aqresiya kimi tələffüz edəndə sözün özündə olan o ekspressivlik, ifadəlilik, elə həmin o aqressiya itir.
  • Assistent, assembleya, assortiment sözlərində necə ikinci S hərfi atıla bilər?
  • Attaşe, attraksion, attestat sözlərində qoşa T olmayanda ahəng itir.  Nə üçün fizikada güc vahidi olan vatt (ingilis Ceyms Vattın adından götürülüb) 1 t ilə yazılmalıdır?
  • Opportunist, truppa sözlərində necə 1 P deyək? ippodrom sözü nəyə görə yeni qaydaya əsasən 1 p ilə yazılmalıdır? Xatırladım ki, latın dilində hippo at deməkdir. ipodrom kimi qısa tələffüz olunduqda sözün tələffüzü də bərbad alınır.

Qısacası, bu təklifi verən dilçiyə, filoloqa nə desən azdır.