fbpx

Dilimizdə ən çox rastlaşılan səhvlərən biri də “yüklə“ sözünün hər yerdə istifadəsidir. Əslində problem çox sadədir.

  • Download, скачивать sözünün tərcüməsi kimi endirmək
  • Upload, загрузить sözünün tərcüməsi kimi isə yükləmək istifadə olunmalıdır.

  • Telefona təzə maraqlı tətbiq endirmişəm (yəni internetdən xoşuma gələn tətbiqi öz telefonuma transfer etmişəm)
  • Fərid peşəkar proqrammistdir. PlayStore mağazasına indiyə qədər 12 mobil tətbiq yükləyib. (Yəni o adam developer kimi öz yaratdığı, kodunu yazdığı proqramı upload edib)

KApital bank endirildi vs yuklendiKapitalbank-ın bu posterində əslində endirildi yazılmalıdır. Çünki heç bir developer tətbiqi 400.000 dəfə upload edə bilməz:) Qeyd edim ki, rus dilinin özündə də tez-tez bu səhvə yol verilir. Həm endirmək, həm də yükləmək üçün загрузить sözü istifadə olunur. Elə dilimizdə bu problemin yaranması da rus dilindən qaynaqlanır.