2022-ci ilin əvvəlində bir də onda ayıldım ki, qız atası olacam. Təbii ki, növbəti 9 ay ərzində övladıma yaxşı və fərqli ad seçmək istəyirdim. Ad seçimi üçün bəzi kriteriyalar var idi ki, həm mənim, həm də həyat yoldaşım Aydan üçün çox vacib idi: Dini ad olmasın....
İstiyirəm ki, ölkədə böyük şirkətlərin birində işəqəbul şöbəsində HR-menecer olum. Adım Gülnarə olsa da, ofisdə çoxları mənə Gülya xanım desin. Əslində vəzifəmin adı “işəqəbul şöbəsinin meneceri” getsin, necə deyərlər rekrutyor. Amma hamı məni elə “Eyç-ar Gülya” kimi...
Şirkətin marketinq kommunikasiyasında təbii ki, vizual təsvirlər, gözlə görünən obrazlar daha çox rol oynayır nəinki mətnlər. Adətən bir firma üçün hazırlanan loqo, korporativ rənglər, şrift, illustrasiyalar və s. daha yaddaqalan olur nəinki sloqan yaxud şirkətin...
Qudurublar bunlar – deyə özlüyündə fikirləşən, 45 yaşlı, 2010-larda yaxşı pul qazanmış, indi isə biznesi balacalaşmış kiçik İT-şirkətinin direktoru Mərdan müəllim 1 ay əvvəl yaman əsəbiləşmişdi: Dünənki uşaq-muşaqlar bugün gəlib mənimlə yuxarıdan danışırlar. ”Maaşımız...
#istiyirəm ki, pediatr olum, qəbulum da 45 manat. Kabinetin qapısından hər gün səhərdən 3-ə qədər körpə uşaqların ağlamaq səsi əskik olmasın. Assistenim də Zülfiyyə olsun, mən ona Zulya deyim. Xəstələrin əvvəldən qəbulunu, növbəni o tənzimləsin. İşə gələndə deyim ki,...
Agentlikdə işləyənlərin əksəriyyətində belə bir şablon fikir var ki, “Sifarişçi tərəfdə oturan marketinq mütəxəssisləri tənbəl ve bekardır. Ayaqlarını ayaqlarının üstünə qoyub iş buyurmaqdan başqa bir şey bilmirlər”. Eyni zamanda Sifarişçi tərəfdə...
“Kənd uşaqları diribaş olur”. “Filankəs dünən kənddən gəlib, artıq uğurlu biznesmendir” kimi fikirləri yəqin ki, çoxumuz eşidib. Niyə şəhərli “qaquliklər” o qədər əzmkar olmur, amma dünən kənddən gəlmiş cavan oğlanlar özlərinə...
“Bakı haranın paytaxtıdır?” sualını vermək gülünc görünəcək. Təbii ki, Azərbaycanın. Xəzərin sahilində yerləşən, canımız-ciyərimiz, Azərbaycanın inzibati-mədəni mərkəzi olan Bakı başqa haranın paytaxı ola bilər ki? Amma əslində vəziyyət göründüyü qədər də...
Çox adam istəyər ki, karyerasını böyük şirkətlərdə, holdinqlərdə davam etdirsin. Holdinqlərdə daha sistemli, mərkəzləşmiş iş bölgüsü olduğuna görə peşəkarlar, orta və yuxarı səviyyəli menecerlər məhz belə şirkətlərdə işləməyə üstünlük verir. Varlıların daha da...
Biz azərbaycanlıların böyük problemlərindən biri də odur ki, iş həyatında səbəb-nəticə əlaqəsini düzgün qura bilmirik. Hamımız bilirik ki, Günəş çıxdığı üçün hava isinir (daha hava isindiyi üçün günəş çıxmır). Yəni Günəşin çıxmağı səbəb, havanın qızınması isə...
Tural Kərimov, rəqəmsal marketinq və biznesin inkişafı üzrə ekspert. Ətraflı Haqqımda səhifəsində oxuya bilərsiniz.Bloqda marketinq, start-up, kreativ industriya və s. haqqında öz fikirlərimi yazıram.